Azərbaycanda indiyə qədər 1246 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.
APA-nın məlumatına görə, bunu oktyabrın 13-də Mərkəzi Seçki Komissiyasının iclasında MSK sədri Məzahir Pənahov bildirib.
O həmçinin indiyədək dairələrdə müşahidəçi kimi qeydiyyatdan keçənlərin 22 min 600 nəfərdən çox olduğunu bildirib.
Bundan başqa 20 ölkədən 138 müşahidəçi qeydiyyatdan keçib.