İsraildə bir neçə terror aktı törədilib

Foto arxiv

Son gün ərzində İsraildə bir neçə terror aktı törədilib.

Nəticədə bir neçə israilli öldürülüb, onlarla adam yaralanıb.

Həmçinin bir neçə terrorçunun öldürüldüyü və həbs olunduğu bildirilir.

Yerusəlimə gedən 2 əsas yoldan biri bağlanıb.

Son günlər, İsraildə dalbadal terror aktları törədilir.

İki həftə ərzində 7 israilli və 27 fələstinli öldürülüb.

Bu barədə Reuters agentliyi məlumat yayıb.

Oktyabrın 13-də bıçaq və tapança ilə silahlanmış fələstinlilər Yerusəlim və Tel-Əvivdə 3 nəfəri öldürüb, bir neçə nəfəri isə yaralayıblar.

Başqa bir hücumda isə fələstinlilər avtobusa hüvum edərək 2 nəfəri öldürüb, 4 nəfəri isə yaralayıblar.

Həmçinin hücum edənlərdən biri öldürülüb, biri isə ələ keçib.

Başqa bir fələstini isə maşını Yerusəlimin mərkəzində avtobus dayanacağına çırpıb, sonra isə maşından çıxaraq piyadaları pıçaqla doğramağa başlayıb.

Nəticədə 1 nəgər ölüb, 6 nəfər yaralanıb. Hücum edən polis trəfindən zərərsizləşdirilib.

İsrail polisinin məlumatına görə fələstinlilər “Qəzəb günü” elan ediblər.

Digər fələstinlilərdən fərqli olaraq işğal ounmuş İordan çayının qərb sahili və Şərqi Yerulsəlimdən olan fələstinlilər İsrailə sərbəst gedib-gələ bilir.

İsrail Şərqi Yerusəlimi 1967-ci ildə zəbt edib.

Amma beynəlxalq aləm bunu tanımır.

Son günlər İsraillə fələstinlilər arasında gərginliyin artdığı müşahidə olunur.