Ziya Məmmədov xaricdədir

Sizin brauzer HTML5-i dəstəkləmir

Ziya Məmmədov hanı?

-

Nəqliyyat naziri Ziya Məmmədov ölkədə olmadığı üçün prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin oktyabrın 12-də keçirilən iclasında iştirak etməyib.

Nəqliyyat Nazirliyi mətbuat xidmətinin rəhbəri Namiq Həsənov baku.ws-a belə deyib. O bildirib ki, mətbuatda yayılanlar sadəcə cəfəngiyatdır:

«Ziya Məmmədov oktyabrın 23-nə qədər əmək məzuniyyətindədir. Nazir Bakıda deyil, xaricdədir».

Son bir ayda mətbuat nəqliyyat nazirinin vurulmasından, nazirliyin götürdüyü borcları qaytara bilmədiyi üçün işdən uzaqlaşdırılacağından yazır.

Bundan başqa, nazirliyin nəzarətində olan bir sıra qurumlar da dövlət başçısının sərəncamı ilə müstəqilləşib.