ABŞ hərbiyyəsi Suriyanın şimal-şərqində İD qrupuna qarşı döyüşən cihadçı qruplaşmalar üçün havadan 45 tonluq silah və sursat atıb.
ABŞ hərbiyyəsi Suriyanın şimal-şərqində İD qrupuna qarşı döyüşən cihadçı qruplaşmalar üçün havadan 45 tonluq silah və sursat atıb.
Pentaqon xəbər verir ki, qırıcılarla müşayiət olunan C-17 nəqliyyat təyyarəsi yükləri Hassake əyaləti üzərində boşaldıb.
Yüklərin içində kiçik çaplı silahlar, güllə və qumbaralar olduğu xəbər verilir.
Pentaqon bildirib ki, yüklər Suriyada İD-ə qarşı döyüşən ərəb qruplaşmaları tərəfindən götürülüb.
Pentaqon bu qruplaşmaların etibarlı olduğuna əminliyini bildirib.