2015-ci il iqtisadiyyat üzrə Nobel mükafatı amerikalı iqtisadçı Enqus Ditona (Angus Deaton) verilib.
Əslən Şotlandiyadan olan Enqus Diton,Prinston universitetinin professorudur.
Nobel komitəsinin məlumatına görə, o bu mükafata kasıblıq problemi, təlabat və əhalinin rifahı sahəsindəki işinə görə layiq görülüb.
İqtisadiyyat üzrə Nobel mükafatını İsveçin mərkəzi bankı 1968-ci ildə təsis edib və bu il 47-ci dəfədir ki, verilir.
Qeyd edək ki, ötən həftə fizika, kimya, tibb, ədəbiyyat və sülh üzrə mükafatçılar da bəlli oldu.