BMT-ninəməkdaşı Qəndəharda öldürülüb

Foto arxiv

BMT-nin Əfqanıstandakı qadın əməkdaşlarından biri Qəndəhar şəhərində güllələnib.

Bu barədə oktyabrın 12-də Əyalət qubernatorunun sözçüsü Toopakai Olfat məlumat verib.

Onun sözlərinə görə, qadın ofisdən çıxıb evinə gedərkən motosiklda olan 2 nəfər onu güllələyiblər.

BMT-nin Əfqanıstandakı yardım missiyası məlumatı təsdiqləyib.

Hücuma görə cavabdehliyi heç kim üzərinə götürməyib.