Gürcüstanın baş naziri Bakıdadır

Irakli Garibashvili

-

Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 10-da Gürcüstanın baş naziri Irakli Garibashvili-ni qəbul edib.

Məlumatı AZƏRTAC yayıb.

Görüşdə Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Ölkələrin enerji, nəqliyyat, infrastruktur sahələrində həyata keçirdiyi birgə layihələrin əhəmiyyətinə toxunulub.