21 yaşadək futbolçular arasında "Avro-2017"nin seçmə mərhələsi davam edir.
Azərbaycan millisi oktyabrın 9-da səfərdə
Avstriya yığması ilə görüşəcək.
Sankt-Polten şəhərində keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:30-da başlayır.
Seçmə mərhələnin ilk oyununda Farer adalarına 1:0 hesabı ilə qalib gələn Azərbaycan millisi evdə millimiz Avstriyaya yığmasına 0:2, Almaniyaya isə 0:3 hesabı ilə məğlub olub.
Qrupa 6 xalla Finlandiya ilə Avstriya yığmaları başçılıq edir.
Almaniya millisi 3 xalla 3-cü, Azərbaycan 3 xalla 4-cü, Rusiya ilə Farer adaları isə 0 xalla sonuncu yerlərdə gəlirlər.