Bakı Sirkində «Lasta-rika»

Foto illüstrasiya.

-

Oktyabrın 31-dən Bakı Dövlət Sirkində yeni mövsümün açılışı olacaq.

Rusiya Federasiyasından dəvət olunmuş proqram «Lasta-rika» adlanır.

Sirk-şouda ilk dəfə olaraq pinqvinlərin attraksionu və qutanlarla nömrəsi nümayiş etdiriləcək. Proqramda «dəniz şirlərinin teatrı», atlar, meymun və tutuquşular, hava gimnastları, motosikl, kordebalet, şən kloun və digər nömrələr daxildir.

«Lasta-rika» eksklüziv sirk-şousu noyabrın sonlarına kimi Bakıda olacaq.