-
Futbol üzrə İtaliya yığma komandası bu gecə Bakıya gəlib. İtalyanlar Bakıya qazandıqları sonuncu Dünya Kubokunu da gətirib.
Oktyabrın 10-da Bakı Olimpiya Stadionunda İtaliya yığması Azərbaycan millisi ilə qarşılaşacaq. Qarşılaşmadan əvvəl azarkeşlərə Dünya Kuboku ilə şəkil çəkdirməyə şərait yaradılacaq.
Avro-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan-İtaliya matçı oktyabrın 10-da, saat 21:00-da keçiriləcək.
Bu, Bakı Olimpiya Stadionunda keçiriləcək ilk futbol matçı olacaq.