Platini-nin Bakı səfəri baş tutmadı

Michel Platini (sağda)

-

UEFA-nın prezidenti Michel Platini-nin Bakıya planlaşdırılan səfəri baş tutmayacaq.

Bu haqda AFFA məlumat yayıb.

Michel Platini-ni Bakıya AFFA dəvət etmişdi.

Platini-nin Mərdəkan qəsəbəsindəki AFFA Futbol Mərkəzində tikilmiş təlim-məşq bazasının açılışında iştirak edəcəyi, oktyabrın 10-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – İtaliya oyununu izləyəcəyi planlaşdırılırdı.

“Lakin FIFA-nın Etika Komitəsinin istintaq palatasının oktyabrın 7-də çıxardığı qərara əsasən, Michel Platini-nin futbol təsərrüfatında fəaliyyətinə 90 günlük qadağa qoyulub və bu səbəbdən UEFA prezidentinin Bakıya nəzərdə tutulan səfəri təxirə salınıb” - deyə, məlumatda bildirilir.

Platinin əvəzinə Bakıya UEFA-nın baş katibinin müavini Teodor Teodoridis gələcək.