“Azəryolservis” kanalizasiya sistemləri qurur

Azerbaijan.Baku.Road.20Yanvar

“Azəryolservis” ASC-i Heydər Əliyev prospektinin “Sabunçu yol qovşağı”ndan Bakıxanov qəsəbəsinədək hissəsində kanalizasiya sisteminin qurulmasına başlayıb.

“Azəryolservis”-in rəsmi saytında yerləşdirilən məlumata görə, yağış-kanalizasiya sisteminin qurulması üçün yolun kənarı 1,5-3,5 metr dərinlikdə qazılıb. Səth sularının normal axıdılması üçün diametri 400 millimetr olan borudan istifadə olunur vəhər 25-30 metrdən bir kanalizasiya quyuları qoyulur. Bundan sonra ərazinin üstü bərkidilərək, asfaltlanacaq və quyuların üzərinə yağış barmaqlıqları qoyulacaq.

Qeyd edək ki, həmin ərazidə kanalizasiya sistemi olmadığından yolu su basıb.