Nobeli belaruslu yazar Svetlana Aleksieviç aldı

Svetlana Alexievich

Ədəbiyyat üzrə Nobel Mükafatını Belarus yazıçısı Svetlana Aleksieviç alıb.

Qalib elan ediləndən az əvvəl o, rəsmi Twitter hesabında da bu barədə yazmışdı:

"İsveç Akademiyası mənə 2015-ci il Nobel Mükafatını verdi. İndi mənə zəng etdilər. Şadam, çox şadam. Təşəkkürlər."