Bakıda bu ay VI Avropa Film Festivalı başlayır

Foto illüstrasiya.

-

Bakıda VI Avropa Film Festivalına hazırlıq işləri gedir.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin «Park Cinema» kinoteatrlar şəbəkəsinin direktoru Namiq Quliyevə istinadlayaydığı xəbərə görə, festivalın açılışının oktyabrın 29-da keçirilməsi nəzərdə tutulub.

Nazim Quliyev artıq 16 ölkə ilə razılığın əldə olunduğunu bildirib.

Festivalın proqramına Almaniya, Finlandiya, Çexiya, Böyük Britaniya, Avstriya, Xorvatiya, Belçika, Rumıniya, İtaliya, Estoniya, Fransa, İspaniya, Latviya, Macarıstan, Bolqarıstan və Azərbaycanda istehsal olunmuş filmlərin salınması planlaşdırılır.

Festival çərçivəsində tamaşaçılara komediya, dram, fantastika, macəra janrlarında bədii filmlər, eləcə də, animasiya və sənədli ekran əsərləritəqdim olunacaq.

Festival çərçivəsində nümayiş olunacaq filmlərin adları yaxın günlərdə açıqlanacaq.