Əsəd Cahangir vəzifədən getdi

Əsəd Cahangir.

-

Əsəd Cahangir «Azərbaycan» jurnalının baş redaktor müavinliyindən çıxarıldı.

AYB Mətbuat Xidməti Əsəd Cahangirlə bağlı rəsmi açıqlama yayıb.

Məlumatda deyilir ki, Azərbaycan Yazıçılar Birliyinin Katibliyi Əsəd Cahangirin ərizəsini nəzərə alaraq onu öz xahişi ilə «Azərbaycan» jurnalının baş redaktor müavini vəzifəsindən azad edib.

Məlumatda vurğulanır ki, Əsəd Cahangirə Azərbaycan Yazıçılar Birliyində başqa iş təklif olunacaq.

Bundan əvvəl Əsəd Cahangirin vəzifədən çıxarıldığı barədə mediada xəbər yayılmışdı.

Amma o özü bu xəbəri yalanlayırdı.