-
Avqustda İslam Dövləti qruplaşması ilə döyüşlərdən sonra bir sıra peşmərgə döyüşçülərinin qanında xardal qazı (iprit) tapılıb. Bunu İraqın yarımmuxtar kürd regionunun hökuməti bildirib.
Oktyabrın 7-də yayılan məlumata görə, qan nümunələri 35 döyüşçüdən götürülüb. Onlar Ərbilin cənub-qərbində döyüşlərə qatılıblar.
Nümunələr yoxlanmaq üçün İraqdan kənarda yerləşən laboratoriyaya göndərilib. Məlumatda hansısa əsgərin bu hücumdan öldüyü, yaxud necə xəsarət alması açıqlanmır.
Hökumət İD-lə vuruşan ölkələri peşmərgə döyüşçülərinə kimyəvi hücumlara qarşı mühafizə avadanlığı verməyə çağırıb.
Daha öncə də İD silahlıları İraqda və Suriyada kimyəvi silahlardan istifadədə ittiham olunub.