Obama Kunduza görə üzr istədi

Joanne Liu

-

ABŞ prezidenti Barack Obama Sərhədsiz Həkimlər (MSF) təşkilatından Əfqanıstanın şimalındakı xəstəxanaya hava zərbəsinə görə üzr istəyib. Oktyabrın 3-də ABŞ tərəfindən endirilmiş zərbədən azı 22 nəfər həlak olub.

Ağ Evin sözçüsü Josh Earnest deyib ki, Obama oktyabrın 7-də qurumun prezidenti Joanne Liu ilə danışıb, “üzr istəyib və MSF rəhbərliyi və həlak olanların ailələrinə başsağlığı verib”.

Obama Liu-yə onu da deyib ki, insident hərtərəfli və şəffaf şəkildə araşdırılacaq.

MSF Obama-nın üzrxahlığını qəbul etdiklərini bildirib. Qurum eyni zamanda tələb edir ki, hadisənin araşdırılması üçün faktaraşdırıcı komissiya yaradılsın.

Obama Əfqanıstan prezidenti Ashraf Ghani-yə də zəng edib, başsağlığı verib.