“AG Bank”-ın keçmiş işçisi bankı məhkəmədə udub.
“Report”un xəbərinə görə, Yasamal Rayon Məhkəməsi Leyla Rəcəbova adlı şəxsin işə bərpa ilə bağlı iddiasını təmin edib.
“AG Bank” ASC məhkəmə qətnaməsindən apelyasiya şikayəti verib.
Şikayətə Bakı Apelyasiya Məhkəməsində baxılacaq.