Soyuq olacaq

Foto arxiv

Oktyabrın 8-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər və axşam saatlarında yarımadanın bəzi yerlərində qısa müddətli yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, güclü şimal-qərb küləyi əcəcək, gecə 16-19, gündüz 20-23 dərəcə isti olacaq, amma günün ikinci yarısında tempratur 15-17 dərəcəyə düşəcək.

Bölgələrdə isə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Bəzi yerlərdə isə leysan olacağı gözlənilir.

Qərb küləyi əsəcək, arabir güclənəcək.

Gecə 13-18, gündüz 20-25, dağlarda gecə 7-12, gündüz 12-17 dərəcə isti olacaq.