AMİP sədri istefa verib

Yusif Bağırzadə.

-

Oktyabrın 7-də Milli İstiqlal Partiyasının sədri (AMİP) Yusif Bağırzadə istefa verib.

Bu haqda AzadlıqRadiosuna partiyadan məlumat verilib.

Y.Bağırzadənin istefası səhhətində yaranmış problemlərlə əlaqələndirilir.

AMİP 1992-ci ildə təsis edilib.

Onun lideri Etibar Məmmədov Milli Azadlıq Hərəkatının öncüllərindən biri olub.