«Bank of Azerbaijan»ın sədri dəyişdi

Bank of Azerbaijan

-

«Bank of Azerbaijan»ın İdarə Heyətinin sədri yenidən dəyişib.

Bu barədə fins.az-a bankdan bildirilib.

Qurumun Müşahidə Şurasının qərarı ilə sədr vəzifəsinə Müslüm Mürsəlov təyin olunub. O, «Bank of Azerbaijan»a 2007-2008-ci illərdə də rəhbərlik edib.
Bundan əvvəl bankın İdarə Heyətinin sədri Məhəmmədəli Aslanov olub.

«Bank of Azerbaijan» son vaxtlar üzləşdiyi maliyyə problemləri ilə gündəmdədir. Bank işadamı Hafiz Məmmədova məxsusdur.