Türk Axını üzrə razılaşma hazırlanır

2012-ci ilin dekabrında Cənub Axını kəmərinin təntənəli açılışı keçirilmişdi

-

Rusiya hökuməti Türkiyə ilə Türk Axını qaz kəməri sazişini bağlamaq üçün hökumətlərarası razılaşma hazırlayır.

Gazprom rəhbəri Alexey Miller oktyabrın 7-də jurnalistlərə deyib ki, razılaşma üzərində işləyir və iki ölkə arasındakı gərginliyin bu sənədi pozacağını gözləmir. Gərginliyi bu günlərdə Rusiyanın Türkiyənin hava məkanına müdaxiləsi yaradıb.

Rusiyanın enerji naziri Alexander Novak isə həftəsonu İstanbulda jurnalistlərə deyib ki, saziş Türkiyədə 1 noyabr seçkisindən sonra, çox güman ki, gələn ilin əvvəlində imzalanacaq.

Nəhəng Türk Axını kəməri Rusiyada Qara Dənizin dibiylə Türkiyəyə, orada da Yunanıstan sərhədinə uzanacaq. Yunanıstan hökuməti icazə verərsə, kəmər daha sonra Avropanın cənubuna çəkiləcək.

Cənub Axını layihəsi alınmayandan sonra Moskva bu kəmər ideyasını ortaya atıb. Ukrayna münaqişəsi səbəbindən Qərb də Moskvaya sanksiyalar qoyub.