Separatçılar seçkini təxirə saldı

Foto arxiv

Ukraynanın separatçı Donetsk və Luqans regionları mübahisəli yerli seçkiləri gələn ilin fevralınadək təxirə salmaq qərarına gəliblər.

Bu regionların liderləri Denis Pushilinlə Vladislav Deinegoqon yaydıqları birgə bəyanatda bu il oktyabrın 18-i və noyabrın 1-ə təyin edilmiş seçkilərin gələn ilədək təxirə salındığı bildirilir.

Qeyd edək ki, Almaniya, Fransa, Rusiya və Ukrayna nümayəndələrinin oktyabrın 2-də Parisdə keçirdikləri görüşdə belə bir razılaşma əldə olunub.

Məlumatlara görə, Ukrayna bu müddət ərzində Donbas və Luqansk müharibələrində iştirak edənlərə amnistiya elan etməli, yeni razılaşma ilə bağlı ölkə konstitusiyasına düzəlişlər eləməlidir.

Ukraynada yerli seçkilər oktyabrın 25-nə təyin edilib.

Sentyabrın sonunda separatçılar Donbasda seçkilərin 2016-cı il fevralın 21-nə keçirilməsini təklif elədilər.