Neymar həmişə "Barselona"da qalacaq

Neymar

"Barselona"nın texniki katibi Roberto Fernandes komandanın futbolçusu Neymarın gələcək karyerasından danışıb.

Qol.Az-ın məlumatına görə, o "Radio Catalonia"ya açıqlamasında braziliyalı futbolçunun bütün karyerasını "Barselona"da keçirmək istəyir:

"Neymarla yeni müqavilə ilə bağlı danışıqlar davam edir. Hər hansı problem çıxacağını düşünmürəm. Neymarın karyerasını "Barselona"da başa vuracağına şübhəm yoxdur. O da uzun illər Kataloniya təmsilçisinin formasını geyinmək istəyir və bunu hər gün bizlərə nümayiş etdirir".

Neymar "Barselona"ya 2013-cü ildə "Santos"dan transfer olunub.