Rusiya danışdı, neft qalxdı

Foto illüstrasiya

-

Oktyabrın 5-də dünya bazarlarında neftin qiyməti birdən qalxıb. Səbəb Rusiya enerji nazirinin həftəsonu deməsidir ki, Rusiya neft qiymətlərinin ürəkaçan olmayan durumunu müzakirə etmək üçün OPEK-in görüşünə qatıla bilər.

Rusiyanın enerji naziri Alexander Novak oktyabrın 3-də Soçi-2015 beynəlxalq investisiya forumunda söyləyib ki, Rusiya və OPEK texniki mütəxəssislərin görüşünü təşkil edə bilər.

“Rusiya neft və qaz bazarlarındakı durumun müzakirəsinə qatılmağa hazırdır,” o, deyib.

Bu, Rusiya tərəfdən ilk belə addımdır. Belə ki, dünyanın 3 əsas neft istehsalçısı heç vaxt qiyməti müəyyənləşdirən quruma qoşulmayıb, yaxud əməkdaşlıq etməyib. Ancaq neftin qiymətinin düşməsi Rusiya iqtisadiyyatını və hökumətin gəlirlərini çalxalayb.

Novak-ın bəyanatından sonra London birjasında neftin qiyməti 2.3 faiz artıb, Brent neftinin bareli 49.25 dollara bərabərləşib.