Cənubi Koreya rus idmançıları ölkədən qovub

Cənubi Koreya 9 Rusiya idmançısını, məşqçiləri və jurnalistləri uçuş zamanı sərxoş vəziyyətdə dava-dalaş saldıqlarına görə deportasiya edib.

Cənubi Koreya 9 Rusiya idmançısını, məşqçiləri və jurnalistləri uçuş zamanı sərxoş vəziyyətdə dava-dalaş saldıqlarına görə deportasiya edib.

Bu 9 idmançı Cənubi Koreyada keçiriləcək hərbi idman olimpiadasında iştirak etməli idi.

Polis bildirir ki, 5 kişi və 4 qadın idmançı uçuş vaxtı onlara əlavə spirtli içki verməkdən imtina edən heyətlə dava-dalaş salıb.

AP agentliyi bildirir ki, iki qadın üzgüçü hazırda Rusiya ordusunda fəal hərbi xidmətdədir.

İdman yarışında Rusiyadan 8 idmançı oyunlarda iştirakını davam etdirəcək.

Bu oyunlarda 117 ölkədən 24 idman növü üzrə 7000 idmançı iştirak edir.