NATO ilin sonunadək Polşada əks-kəşfiyyat mərkəzi açmağı planlaşdırır.
Polşa müdafiə nazirliyinin sözçüsü Jacek Sonta France-Press agentliyinə bildirib ki, mərkəz Krakov şəhərinin cənubunda tyaradılacaq.
NATO ötən ay alyansın şərq cinahı boyunca 6 kiçik hərbi baş qərarkah açıb.
Söhbət Pribaltika ölkələri, Rumınya, Polşa və Bolqarıstanda açılan hərbi müşahidə mərkəzlərindən gedir.