Yanan binanın sakinləri aksiya keçirdi

Sizin brauzer HTML5-i dəstəkləmir

«Televiziya çəkdi, sonra hamısını yığışdırdılar»

►Bu ilin mayında Azadlıq prospektindəki yanan binanın sakinləri oktyabrın 5-də Nazirlər Kabinetinin qarşısında etiraz aksiyası keçiriblər.

Musavat.comun məlumatına görə, etirazçılar əvvəlcə Bakı Şəhər İcra Hakimiyyətinə, sonra isə Prezident Administrasiyasının qarşısına yollanıblar. Amma onları heç kim qəbul etməyib.

Sakinlər bundan sonra Nazirlər Kabinetinin qarşısına toplaşıblar.

Aksiyada 30-a yaxın sakin iştirak edib.

Onlar yanğından sonra binada aparılan təmir işlərinin keyfiyyətsizliyindən şikayətlənirlər.

Aksiyaçıların sözlərinə görə, prezidentin tapşırığına baxmayaraq məmurlar mənzilləri keyfiyyətsiz mebel və əşyalarla təmin ediblər.

Buna da bax: Mingəçeviri sel basıb- [Video]

Sakinlər deyir ki, onlara kondisioner və soyuducu kimi əşyalar söz verilsə də hələ də ala bilməyiblər.

Aksiyaçıların arasında yanğın zamanı zərər görən, yararsız vəziyyətə düşən obyektlər və maşınların sahibləri də olub.

Onlar da indiyədək heç bir kompensasiya ala bilmədiklərini deyirlər.

Bu ilin mayında Binəqədi rayonu, Azadlıq prospektində baş verən yanğında 15 nəfər ölüb, bütün mənzillər yanıb.