Azərbaycan millisinin heyəti açıqlanıb

Azərbaycan millisi

"Avro-2016"nın seçmə mərhələsində oktyabrda İtaliya və Bolqarıstanla qarşılaşacaq Azərbaycan millisinin heyəti açıqlanıb.

AFFA-nın məlumatına görə,görə, baş məşqçi Robert Prosinecki növbəti 2 oyun üçün 21

Futbolçu seçib.

"Qarabağ"dan milliyə 6, "Qəbələ"dən isə 3 futbolçu çağırılıb.

Oktyabrın 10-də evdə İtaliya yığmasını qəbul edəcək Azərbaycan millisi, 3 gün sonra səfərdə Bolqarıstan yığması ilə qarşılaşacaq.

Qapıçılar: Kamran Ağayev ("Karşıyaka", Türkiyə), Aqil Məmmədov("Neftçi"), Anar Nəzirov ("Zirə")

Müdafiəçilər: Tərlan Quliyev ("Kəpəz"), Maksim Medvedev ("Qarabağ"), Bədavi Hüseynov ("Qarabağ"), Rəşad Sadıqov ("Qarabağ"), Arif Daşdəmirov ("Qəbələ"), Ruslan Abışov ("Qəbələ"), Pavel Paşayev ("Metallurq", Ukrayna)

Yarımmüdafiəçilər: Rəşad Sadiqov ("Qəbələ"), Qara Qarayev ("Qarabağ"), Cavid Tağıyev ("Qarabağ"), Əfran İsmayılov ("Qarabağ"), Dmitri Nazarov ("Karlsruhe", Almaniya), Tuğrul Erat ("Fortuna Düsseldorf", Almaniya), Rahid Əmirquliyev ("Xəzər Lənkəran")

Hücumçular: Rəhman Hacıyev ("Neftçi"), Elnur Cəfərov ("Xəzər Lənkəran"), Eddi İsrafilov ("Eybar", İspaniya), Ruslan Qurbanov ("Neftçi")