Yağış yağacaq

Foto arxiv

Oktyabrın 3-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Milli Hidrometeorologiya Departamentininməlumatına görə, səhər və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtima olunur.

Şimal küləyi əsəcək, gecə 15-19, gündüz 23-27 dərəcə isti olacaq.

Bölgələrdə isə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əcəcək, bəzi yerlərdə arabir güclənəcək.

Gecə 14-19, gündüz 23-28, dağlarda gecə 7-12, gündüz 18-23 dərəcə isti olacaq.

Ümumiyyətlə oktaybrın 2-i axşamdan oktyabrın 6-sı gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir, bəzi yerlərdə isə lesan olacağı ehtimal edilir.

Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə enəcək.