Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 2-də “Rabitə şəbəkələrində əməliyyat-axtarış tədbirləri zamanı informasiya təhlükəsizliyinin təmin edilməsinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında fərman imzalayıb.
Fərmana əsasən nazirlər kabineti bununla bağlı 3 ay ərzində təkiflər hazırlayıb prezidentə təqdim etməlidir.
Milli Təhlükəsizlik və Daxili İşlər nazirlikləri isə rabitə şəbəkələrində əməliyyat-axtarış tədbirlərinin təşkilini Fərmanla təsdiq edilən qaydalara uyğunlaşdırmalıdır.