Talibançılar hələ ki, Kunduzdan çıxmayıb

Foto arxiv

Talibançılar hələ ki, Kunduz şəhərindən çıxmayıblar.

Yerli sakinlərin sözlərinə görə, onlar sakinlərin evlərində gizləniblər.

Hazırda şəhərin böyük hissəsi hpkumət qüvvələrinin nəzarətindədir.

Kunduz əyalətinin qubernatoru Hamdullah Danishi şəhərdə sakitlik olduğunu xəbər verir.

Amma o yaraqlıların hələ ki, şəhərdən tam çıxmadıqlarını deyir.

Əfqanıstan ordusu oktyabrın 1-də Kunduz əyalətinə nəzarəti bərpa edib.

Talibançılar sentyabrın 28-də şəhəri zəbt eləmişdilər.

Əfqanıstan hökuməti talibançıları şəhərdə qanunsuz edamlar etmək, zorakılıq, qarət və soyğunçuluqda ittiham edir.

Məlumata görə şəhər uğrunda gedən döyüşlərdə azı 60 nəfər ölüb, 466 nəfərsə yaralanıb.

Beynəlxalq Qırmızı Xaç Komitəsi yerli sakinlərin taleyindən narahatdır və dəva-dərman olmadığını xəbər verir. Kunduz şəhərində 3 min sakin yaşayır.