MN: İki erməni hərbçisi öldürülüb

Qarabağda erməni əsgəri.

-

Azərbaycan ordusu Ermənistanın iki hərbçisini məhv edib, xeyli sayda yaralıları var.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, oktyabrın 1-i və 2-də qoşunların təmas xəttində Azərbaycan bölmələrinin həyata keçirdiyi qabaqlayıcı tədbirlər nəticəsində düşmənin hərəkət fəaliyyətinin qarşısı alınıb.

Qarşı tərəfin iki hərbi qulluqçusu öldürülüb, xeyli sayda yaralısı var.

Azərbaycan tərəfi itki verməyib.