Macarıstan hökuməti Xorvatiya ilə sərhədi bağlamağa hazırlaşır.
Macarıstan həmçinin Almaniya ilə Avstriyanın daha çox qaçqın qəbul etmələrinə aydınlıq gətirilməsini istəyir.
Baş nazir Victor Orbanın ofisinin rəhbəri Janos Lazar oktyabrın 1-də bildirib ki, Vyana rəsmiləri bundan əvvəl qaçqınların Avstriya və Almaniyaya keçməsi üçün Macarıstan ərazisindən dəhliz açılması təklifini rədd ediblər.
O qeyd edib ki, Macarıstan ərazisindən belə bir dəhliz yalnız ölkənin Xorvatiya ilə sərhədi möhkəmləndirildikdən sonra mümkündür.
Xorvatiyanın məlumatına görə son 15-16 gün ərzində ölkə ərazisindən Qərbi Avropaya 90 mindən çox miqrant keçib.
Təkcə bu il Yaxın Şərq və Şimali Afrika ölkələrindən Avropaya 500 mindən çox qaçqın keçib.