Ukrayna hökuməti bəyan edilib ki, əgər atəşkəs davam eləsə 2 gün ərzində ölkənin şərqindən ağır silahları geri çəkəcək.
Bunu Ukraynanın müdafiə naziri Stepan Poltorak oktyabrın 1-də bəyan edib.
Rusiya, Ukrayna və ATƏT-in nümayəndələri tank və digər növ silahların sentyabrın 29-da təmas xəttindən çıxarılması barədə razılıq əldə ediblər.
Separatçı Donetsk və Luqansk əyalətlərinin liderləri isə sentyabrın 30-da bu razılaşmaya imza atıblar.
Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində hökumət qüvvələri ilə rusiyapərəst separatçılar arasında gedən döyüşlərdə 8 minə yaxın adam ölüb.
Qərblə Kiyev Moskvanı separatçıları dəstəkləməkdə günahlandırır.
Moskva ittihamı rədd edir.