20 yaşlı ana doğuş zamanı öldü

Foto illüstrasiya.

-

Cəlilabad Mərkəzi Rayon Xəstəxanasında gənc qadın doğuş zamanı ölüb.

APA-nın cənub bürosunun məlumatına görə, rayonun Alar kənd sakini, 20 yaşlı Xoşbəxt Həsənova sentyabrın 30-da axşam saatlarında xəstəxananın doğum şöbəsinə qəbul olunub.

Doğuş zamanı körpə qeysəriyyə əməliyyatı yolu ilə ana bətnindən götürülüb. Əməliyyatdan 4 saat sonra qadın ölüb. Yeni dünyaya gələn qızın vəziyyəti isə normaldır.

Mərhumun yaxınları onun ölümündə həkimləri günahlandırırlar.

İlkin versiya kimi, ananın böyrəklərində problem olması bildirilir. Faktla bağlı araşdırma aparılır.