Rusiya Arktikaya hərbi gəmilər göndərib

Foto arxiv

Rusiya hərbi obyektlər tikdiyi Arktika regionuna hərbi gəmilər göndərib.

İnterfaks agentliyinin məlumatına görə buzqıran gəmilər Şimal donanması üçün kanal açıb.

Donanmanın komandir müavini Viktor Sokolov donanma Kara dənizinə çatanda vertolyotla “Sredny” adasına uçub və tikinti işləri ilə tanış olub.

Şimal Donanmasının nümayəndəsi deyir ki, Rusiya yaxın gələcəkdə həmin ərazidə hava hücumlarından müdafiə birləşmələri yerləşdirməyi planlaşdırır.

Rusiya prezidenti Vladimir Putin 2014-cü ildə ölkənin Arktika sərhədlərini silahlı qüvvələrin əsas tapşırıqlar siyahısına salıb.