ABŞ Talibanı vurur

Kunduz aeroportu yaxınlığı, 29 sentyabr, 2015-ci il

-

ABŞ ordusu bildirir ki, ötən gecə Əfqanıstanın şimalındakı Kunduz şəhərində Taliban qüvvələrinə hava zərbələri endirib. Bu zərbələr islamçı silahlılarla savaşan təhlükəsizlik qüvvələri ilə koordinasiya olunur.

Taliban sentyabrın 28-də Kunduzu tutub, bir gün sonra hökumət qüvvələri əks-hücuma keçib.

ABŞ koalisiyasının müşavirləri də hazırda əfqan qüvvələrinə yardım edir. Hökumət qüvvələri talibançıların tutduğu obyektlərin bəzilərini geri ala bilib.


Silahlılar aeroporta da hücum ediblər. Hava limanının girişində ağır toqquşmalar baş verib.