Trump Putin-i tərifləyir

Donald Trump

-

ABŞ-da prezidentliyə namizəd Donald Trump «Fox News» kanalına müsahibəsində Rusiya prezidenti Vladimir Putin-i tərifləyib.

Milyarder biznesmen, respublikaçılardan prezidentliyə iddialı Donald Trump «The O'Reilly Factor» verilişinə müsahibəsində Rusiyanın Suriyada hərbi iştirakı artırmasını alqışlayıb, deyib ki, Rusiya «İslam Dövləti» silahlı qruplaşması ilə mübarizəyə cəlb olunmalıdır.

Obama ilə Putin-in BMT-də bir-birinə baxdığını göstərən fotoya işarə vuran Trump deyib ki, Putin daha yaxşı liderdir:

«Sizə deyim ki, liderlik baxımından o, A qiyməti alır, bizim prezidentsə elə də yaxşı işləmir. Onlar bir yerdə elə də yaxşı görünmürdülər».

Trump deyir ki, Rusiya lideri ilə yaxşı yola gedərdi: «Putin məndən daha yaxşı adamdır».

Trump-ın fikrincə, «Putin İŞİD-lə savaşmaq istəyirsə, qoy savaşsın».