Tacikistanda İslam Partiyası qadağan edilib

Foto arxivdəndir

Bundan əvvəl təşkilata qarşı prokurorluq tərəfindən cinayət işi qaldırılmış və o, terrorçu təşkilat adlandırılmışdı.

-

Tacikistan Ali Məhkəməsi Mərkəzi Asiyada yeganə İslam Partiyasının fəaliyyətini qadağan edib.

Bundan əvvəl təşkilata qarşı prokurorluq tərəfindən cinayət işi qaldırılmış və o, "terrorçu təşkilat" adlandırılmışdı.

Məhkəmə həmçinin “dövlət çevrilişi cəhdi” etmiş partiyanın mətbu orqanı “Nacot” qəzetini bağlayıb.

Sentyabrın ortalarında ölkənin daxili işlər nazirinin müavini Nazarzodanın itaətsizlik edərək dağlara çəkildiyi və orada gedən atışmada öldürüldüyü xəbər verilmişdi.

Hazırda xaricdə olan partiya lideri ittihamları "qondarma" adlandırıb.

Ölkədə “radikal islamçılıqda” ittiham edilənlərin həbsləri davam edir.