FİFA-nın keçmiş vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Jack Warner ömürlük futboldan uzaqlaşdırılıb.
FİFA-nın sentyabrın 29-da yaydığı məlumata görə qərar Hans-Joachim Eckertin rəhbərliyi ilə təşkilatın Nizam-İntizam Komitəsinin iclasında qəbul edilib.
Arşadırmalar zamanı onun rüşvət alıb-verməkdə daxil olmaqla qanunsuz maliyyə əməliyyatı sistemində əsas fiqur olduğu aşkar edilib.
Qadağa 2015-ci il sentyabrın 25-dən qüvvəyə minib.