Hələ isti olacaq

Foto arxiv

Sentyabrın 30-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir.

Amma səhər saatlarında yarımadanın bəzi yerlərində qısa yağış yağacağı ehtimal olunur.

Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, cənub-şərq küləyi əsəcək.

Gecə 17-20, gündüz 26-30 dərəcə isti olacaq.

Bölgələrdə isə axşam və gecə saatlarında, əsasən də dağlıq və dağətəyi rayonlarda yağış yağacağı gözlənilir.

Şərq küləyi əsəcək, ayr-ayrı yerlərdə arabir güclənəcək.

Gecə 13-18, gündüz 26-31, dağlarda gecə 8-13, gündüz 18-23 dərəcə isti olacaq.