Azərbaycan millisi 13-dür

Foto arxiv

Futzal üzrə milli komandaların yeni reytinqi açıqlanıb.

Azərbaycan yığması yeni siyahıda əvvəlki mövqeini qoruyub.

Amma "Avro-2016"nın pley-off mərhələsində Slovakiya yığmasını məğlub edən(3:1, 1:1) milli xalını artırıb.

Azərbaycan millis hazırda 1372 xalla 13-cü sıradadır.

Azərbaycan millisinin dünya çempionatındakı rəqibləri Xorvatiya 15-ci, Belarus isə 22-cisırada gəlir.

Siyahıya yenə də İspaniya millisi başçılıq edir.

Braziliya ikinci, Rusiya isə üçüncüdür.