Sentyabrın 29-da29-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuzolacaq. Mülayim cənub-şərq küləyi əsəcək.
Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeron yarımadasında gecə 16-20, gündüz 26-30, Bakıda gecə 17-19, gündüz 27-29 dərəcə isti olacaq.
Bölgələrdə də hava əsasən yağmursuz olacaq.
Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək.
Gecə 14-19, gündüz 27-32, dağlarda gecə 8-13, gündüz 19-24 dərəcə isti olacaq.