Azərbaycanın 3 hərbçisi həlak olub

Foto illüstrasiya.

-

Azərbaycan Ordusunun 3 hərbçisi həlak olub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, sentyabrın 27-də gün ərzində və 28-ə keçən gecə Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin qabaqlayıcı tədbirləri nəticəsində qoşunların təmas xəttində düşmənin fəallaşmaq cəhdinin qarşısı alınıb.

Qarşı tərəfə endirilən zərbələr nəticəsində 7 erməni hərbi qulluqçusu məhv edilib, çoxlu sayda yaralananlar var.

Azərbaycan tərəfi də itkisiz ötüşməyib. Silahlı Qüvvələrin 3 hərbi qulluqçusu - Rauf Vəliyev, Neman Əhmədzadə və Zöhrab Mustafazadə həlak olub.