Həbsxanada kütləvi dava olub

Foto illüstrasiya.

-

Bakıdakı cəzaçəkmə müəssisələrindən birində məhbuslar arasında kütləvi dava düşüb.

Bu barədə report.az Xətai rayon Polis İdarəsinə istinadən məlumat yayıb.

Bildirilir ki, 7 saylı Cəzaçəkmə Müəssisəsində 27 yaşlı məhbus Cavanşir Nəcəfov 41 yaşlı məhbus Teymur Ağayevi döyərək ona ağır bədən xəsarətləri yetirib.

Davaya digər məhbuslar da qarışıb.

Faktla bağlı Xətai RPİ-də araşdırma aparılır.