Ukraynada partlayış, ölən yoxdur

Ukraynada partlayış

-
Ukraynanın Odessa şəhərində Ukrayna Təhlükəsizlik Xidmətinin binası yaxınlığında partlayış olub.

 

Hadisə sentyabrın 27-də səhər saatlarında baş verib. Məlumata görə, partlayıcı qurğu binanın istifadə olunmayan yan girişinin yaxınlığına yerləşdirilib.
Partlayışın gücündən yaxınlıqdakı binaların da şüşələri sınıb.
Hadisə nəticəsində ölənlərin olmadığı bildirilir.