Bayram günləri isti olacaq

Foto arxiv

Sentyabrın 25-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir.

Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, gecə 17-21, gündüz 26-30 dərəcə isti olacaq. Şimal-şərq küləyi əsəcək.

Bölgələrdə də hava əsasən yağmursuz olacaq. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Gecə 15-20, gündüz 28-33, dağlarda gecə 10-15, gündüz 23-28 dərəcə isti olacaq.