Yenicə aldığımız məlumata görə, "Azərbaycandan olan zəvvarlar sağ-salamatdır. Onlara xətər dəyməyib". Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Sabir Həsənli AzadlıqRadiosuna belə deyib.
"İndicə ordakı yaxınlarla əlaqə saxladım, bildirdilər ki, salamtlıqdır", -söyləyib Sabir Həsənli.
***
Türkiyənin Milliyyet qəzetinin son xəbərinə görə, Həcc ziyarəti zamanıMina dağında yaranan qarışıqlıq nəticəsində azı 717 adam ölüb, 800-dən çox adam r yaralanıb.
Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır. Ölənlərin sayının artır.
Ölən və yaralananların milli mənsubiyyəti barədə hələlik məlumat verilmir.
Qafqaz Müsəlmanları İdarəsinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov Trend-ə bildirib ki, "hazırda zəvvarlarımızla əlaqə yaratmağa çalışılır."
İdarə rəsmisinin sözlərinə görə, hazırda bütün zəvvarlar Mina dağındadılar. Onlar 3 gün ərzində burda şeytana daş atmalıdırlar.