“Türkiyə kəmər layihəsi irəliləyir”

Vladimir Putin-lə (sağda) Recep Tayyip Erdogan-ın görüşü, 23 sentyabr, 2015-ci il

-

Rusiya, Türkiyə və Cənubi Avropa arasında yeni qaz kəməri planları “çətinliklərə baxmayaraq” dəyişməz qalır. Bu barədə Kreml sentyabrın 23-də məlumat yayıb.

Bir neçə gün öncə Ankara saziş üzrə danışıqların dondurulduğunu bildirib. Rusiya və Türkiyə liderləri Vladimir Putin və Recep Tayyip Erdogan razılaşıblar ki, layihə üzrə “iş davam etsin”. Kremlin sözçüsü Dmitry Peskov belə deyib.
“Bu, çətinlikləri olan kompleks işdir, ancaq davam edəcək,” Peskov deyib. Sözçü iki liderin bu tərəfdaşlıqda “yanaşmalarını koordinasiya etmək üçün” ilin sonunadək yenidən görüşəcəyini sözlərinə əlavə edib.

“Türkiyə bizim üçün vacib tərəfdaş olaraq qalır,” Peskov deyib.

Putin ötən ilin dekabrında Turk Axını layihəsi üzrə planlarını elan edib. Bu kəmərin Rusiyanın Avropa Birliyi ilə birgə Cənub Axını layihəsini əvəzləyəcəyi gözlənir.